Azərbaycanla Rusiya arasında ticarət əməliyyatları 16%-dən çox artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının həcmi 2,5 milyard ABŞ dolları təşkil edib. Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib. Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 352,2 milyon ABŞ dolları və ya 16,2% çoxdur. Hesabat dövründə Rusiya ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 10,33%-i həcmində
