İyulun 22-də Tehranda Rusiya, İran və Çin nümayəndələrinin üçtərəfli görüşü keçiriləcək.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayi bildirib.
Diplomatın sözlərinə görə, əsas mövzular İslam Respublikasının nüvə proqramı olacaq. Bəqai həmçinin Aİ-üçlüyünün BMT Təhlükəsizlik Şurasının sanksiyalarının geri qaytarılmasını nəzərdə tutan “snapback” mexanizmini işə salmaq təhdidləri məsələsinin müzakirəsini açıqlayıb.
Bundan əvvəl İran və Rusiya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi qüvvəyə minib. İranın Moskvadakı səfiri Kazem Cəlalinin sözlərinə görə, müqavilə hazırda hər iki ölkədə qanun formasındadır.
Rusiya və İran arasında saziş 2025-ci il yanvarın 17-də imzalanıb. Sənədə əsasən, Moskva və Tehran qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələri dərinləşdirməyə və genişləndirməyə çalışır.
Gundelik.az
