BVF qlobal ticarət artımı proqnozunu kəskin azaldıb
Beynəlxalq Valyuta Fondu (BVF) 2025-ci il üzrə qlobal ticarətin artımı ilə bağlı proqnozunu kəskin azaldıb. Bu barədə Gundelik.az BVF-yə istinadən xəbər verir. Yanvarda Fond göstəricinin gözlənilən artımını 3,2 faiz səviyyəsində qiymətləndirsə də, hazırda 1,7 faiz proqnozlaşdırır. Eyni zamanda BVF 2026-cı il üçün proqnozunu əhəmiyyətli dərəcədə olmasa da, 0,8 faiz bəndi azaldıb və 2,5 faizə endirib.
