Cənub-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi açıqlandı
Bu ilin yanvar-iyun aylarında Cənub-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi 78,9 milyon ton-km olub. Gundelik.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib. Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 milyon ton-km və ya 24,8% çoxdur. Belə ki, 2024-cü ilin ilk 6 ayında Cənub-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi
