İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Şimal-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə nə qədər yük dövriyyəsi olub?

Bu ilin yanvar-iyun aylarında Şimal-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi 1,617 milyard ton-km olub.

Gundelik.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 201,6 milyon ton-km və ya 11,1% azdır.

Belə ki, 2024-cü ilin ilk 6 ayında Şimal-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi 1,819 milyard ton-km olmuşdu.

Qeyd edək ki, hesabat dövründə bu nəqliyyat dəhlizi üzrə yük dövriyyəsinin 1,411 milyard ton-km hissəsi tranzit yüklər olub ki, bu da illik müqayisədə 408,3 milyon ton-km və ya 22,4% azdır.

Gundelik.az