İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Cənub-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi açıqlandı

Bu ilin yanvar-iyun aylarında Cənub-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi 78,9 milyon ton-km olub.

Gundelik.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 milyon ton-km və ya 24,8% çoxdur.

Belə ki, 2024-cü ilin ilk 6 ayında Cənub-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi 63,2 milyon ton-km olmuşdu.

Qeyd edək ki, hesabat dövründə bu nəqliyyat dəhlizi üzrə yük dövriyyəsinin 73,7 milyon ton-km hissəsi tranzit yüklər olub ki, bu da illik müqayisədə 10,5 milyon ton-km və ya 16,6% çoxdur.

Gundelik.az