İspaniya hökuməti İsrailə tam silah embarqosunu təsdiqləyib
İspaniyanın solçu koalisiya hökuməti İsrailə tam silah embarqosu tətbiq edən kral fərmanını təsdiqləyib. Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu qərar Nazirlər Şurasının növbəti həftəlik iclasında İsrailə qarşı sanksiyalarla bağlı qalan fərmanların təsdiqi çərçivəsində qəbul edilib. İqtisadiyyat, Ticarət və Xarici İşlər naziri Karlos Kuerpo bildirib ki, fərman İsrailə bütün müdafiə avadanlığı, ikili təyinatlı məhsullar
