“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi Qvardiolanın futbola vurduğu ziyandan danışıb.
Gundelik.az xəbər verir ki, bu barədə o, “Simplemente Fútbol” “YouTube” kanalınamüsahibəsində bildirib.
Futbolçunun sözlərinə görə, kataloniyalılara rəhbərlik edən Xosep Qvardiola müəyyən qədər futbola ziyan vurub: “Çünki başqaları da eyni şəkildə oynamağa çalışırdı. Amma bizim yarımmüdafiədə Xavi, İnyesta və Busketsdən ibarət xüsusi komandamız var idi və oyunçularla məşqçi arasındakı münasibət mükəmməl idi.
Lakin keçən ilin dekabrında Qvardiola indiki komandası “Mançester Siti”nin zəif nəticələrinin onun səhhətində problemlər yaratdığını açıqlamışdı. Onun yuxu rejimi və həzmi pozulur. Bu da yekunda onun komandasına sirayət edir”.
Qeyd edək ki, L. Messi 2004-2021-ci illərdə İspaniyanın “Barselona” futbol kulubnda 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə edib.
Kataloniya klubunun heyətində argentinalı 10 dəfə İspaniya çempionu , 4 dəfə Çempionlar Liqasının qalibi olub, 7 dəfə İspaniya kubokunun və 8 dəfə Superkubokunun qalibi olub.
L. Messi 2008-2012-ci illərdə Qvardiolanın rəhbərliyi altında “Barselona”da yaşıl meydanlara çıxıb.
Gundelik.az
