Çin İrana yük təyyarələri göndərir
İsrailin “Şir kimi insanlar” əməliyyatına başlamasından sonra Çin İrana ən azı üç yük təyyarəsi göndərib. Gundelik.az xəbər verir ki, bu barədə Britaniyanın “Teleqraf” nəşri məlumat yayıb. “Teleqraf”ın məlumatına görə, ilk təyyarə iyunun 14-də, digərləri isə növbəti iki gündə havaya qalxıb. Onlar Çinin şimalı boyunca qərbə, Qazaxıstan üzərindən, daha sonra Özbəkistan və Türkmənistandan keçərək cənuba uçub,
