İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İran nüvə danışıqlarını bərpa etməyə hazır olduğunu bildirib

İran rəsmiləri vasitəçilərə bildiriblər ki, onlar ABŞ ilə nüvə danışıqlarını bərpa etməyə hazırdırlar, lakin İsrail hücumlarını dayandırmalıdır.

Gundelik.az xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.

Nəşrin yazdığına görə, rəsmilərdən biri Tehranın danışıqlarla bağlı qəti mövqe tutduğunu bildirib. Nəşrin mənbəsi aydınlaşdırıb ki, İran heç vaxt danışıqlar masasını tərk etməyib, lakin Tehran İsrail ordusunun hücumuna məruz qaldığı bir vaxtda heç bir müzakirə mümkün deyil.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Tehran sakinlərini dərhal şəhəri tərk etməyə çağırıb. Onun bəyanatı göstərirdi ki, İran hakimiyyəti onun imzalamağı əmr etdiyi sazişin qaydalarını qəbul etməli idi.

Eyni zamanda xarici KİV-lər ABŞ Administrasiyasının bunker bombalarının Təl-Əvivə ötürülməsi imkanlarını nəzərdən keçirdiyini yazıb. Belə bir addım Tehranın danışıqlar masasına qayıtması üçün müəyyən təzyiq rıçaqına çevrilə bilər.

Gundelik.az