Absurd bir mənzərə: inzibati əmrlə internet sürəti artırılsın!
Azərbaycanda qəribə bir situasiya yaşanır. İKT sektorunun müstəqil olmayan “tənzimləyici qurumu” – İKTA tez-tez dövlət və özəl provayderlərə göstəriş verir ki, internetin sürətini artırın. Ağlasığmazdır. Dünyanın heç yerində, heç bir dəftər- kitabda belə “tənzimləyici” alət yoxdur. Hər ay provayderləri yığıb tapşırıq verirlər, danlayırlar, yalvar-yaxar edirlər ki, internet sürətini artırın, dünya ortalamasına çatdırın. Əgər pərakəndə internet
