Görünməyən Körpülərin Memarı-MEDİATOR
Müasir hüquqi və sosial münasibətlər sistemində mediyasiya getdikcə daha çox əhəmiyyət qazanır. Lakin bu institutun mahiyyəti barədə cəmiyyətdə hələ də fərqli təsəvvürlər mövcuddur. Bəziləri mediyatoru sadəcə iki tərəf arasında kompromis tapan vasitəçi kimi qəbul edir. Halbuki mediyasiya prosesi təkcə hüquqi razılaşma əldə etmək deyil, insan münasibətlərinin dərin qatlarına enmək, görünməyən səbəbləri üzə çıxarmaq və qarşılıqlı
