BARIŞIN ƏDƏBİ HEYKƏLİ – HÜSEYN CAVİD
Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü! Hüseyn Cavid Dünyanın bugünkü inkişafı fonunda dahi Azərbaycan mütəfəkkir-şairi Hüseyn Cavidin sənəti öz aktuallığı ilə daha çox əhəmiyyət qazanır. Böyük şairin “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü!” müdrik kəlamı bir şüar olaraq dillər əzbərinə çevrilib öz xilaskar dahisini axtaran
