Xəlil Süleymanlı: “İşçinin şərəf və ləyaqəti qanunla qorunur”
İş yerində rəhbər və işçi arasında münasibətlər qarşılıqlı hörmət, əmək intizamı və qanunvericiliyin tələblərinə əsaslanmalıdır. Xüsusilə təhsil müəssisələrində rəhbər şəxslərin müəllim və digər əməkdaşlarla davranışı yalnız xidməti münasibətlər çərçivəsində deyil, həm də insan hüquqları və ləyaqətinin qorunması baxımından qiymətləndirilir. İşçinin təhqir olunması, alçaldılması və ya fiziki zorakılığa məruz qalması bir sıra hüquqi məsuliyyət məsələlərini gündəmə
