“Porsche”nin satışları 6% azalıb
“Volkswagen” qrupuna daxil olan Almaniyanın premium avtomobil istehsalçısı “Porsche”nin satışları 2025-ci ilin birinci yarısında, əsasən, Çin və Almaniyada tələbin azalması səbəbindən 6% azalıb. Bu barədə Gundelik.az şirkətə istinadən xəbər verir. Məlumata görə, hesabat dövründə satılan avtomobillərin ümumi sayında elektrikləşdirilmiş avtomobillərin payı bir il əvvəlki 21,6%-dən 36,1%-ə yüksəlib. Elektriklə işləyən avtomobillərin payı 23,5 faiz təşkil edib.
