İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Kateqoriya seçilməyən Xəbərlər

“Porsche”nin gəlirləri azaldı

Dünyanın bahalı avtomobil markalarından olan Porsche”nin bu ilin birinci rübdə əməliyyat mənfəəti 1,68 dəfə azalıb və 2025-ci il üçün proqnozunu pisləşdirib.

Bu barədə Gundelik.az Almaniya avtomobil istehsalçısının press-relizinə istinadən xəbər verir.

Məlumata əsasən, “Porsche”nin yanvar-mart aylarında əməliyyat mənfəəti bir il əvvəlki 1,282 milyarddan 762 milyon avroya, gəlirliliyi isə 14,2%-dən 8,6%-ə düşüb.

“Porsche”nin son rübdə gəliri 1,7% azalaraq, keçən ilin eyni dövründəki 9,011 milyard avro ilə müqayisədə 8,858 milyard avro təşkil edib.

Bu avtomobil markasının birinci rübdə avtomobil tədarükü 7,9% azalaraq 71,470 minə düşüb.

İqtisadi və geosiyasi şəraitin pisləşməsi ilə əlaqədar şirkət 2025-ci il üzrə proqnozunu aşağı salıb.

Bu il üçün “Porsche”nin gəlirliliyinin əvvəllər proqnozlaşdırılan 10-12% deyil, 6,5-8,5% olacağı gözlənilir. İllik gəlir əvvəlki 39-40 milyard avro proqnozla müqayisədə indi 37-38 milyard avro qiymətləndirilir.

“Porsche” imtiyazlı səhmləri çərşənbə axşamı günü 5,2% ucuzlaşıb. 

Gundelik.az