Çin vətəndaşı Azərbaycanda avtomobil müəssisəsi açdı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “JG Motors” şirkətini dövlət qeydiyyatına alıb. Gundelik.az xəbər verir ki, şirkətin təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyətdir. Bakının Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, ev 1 ünvanında yerləşən şirkət 50 000 manat sərmayə ilə təsis edilib. Şirkətin qanuni təsmilçisi Çin Xalq Respublikası vətəndaşı Yan Zhıjia adlı şəxsdir. Gundelik.az
