Şuşa şəhərində yaşayış binalarının tikintisi işləri davam etdirilir.
Gundelik.az xəbər verir ki, növbəti belə yaşayış binaları şəhərin D-5 massivində inşa olunacaq.
Artıq bununla bağlı Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi hazırlıqlara da başlayıb.
Burada tikintisi nəzərdə tutulan 6 ədəd 4 mərtəbəli yaşayış binasının birinci mərhələdə tikintisinə 16 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.
