Gundelik.az Ölkə Şuşada 16 milyon manatlıq tikinti işləri aparılacaq
Ölkə Xəbərlər

Şuşada 16 milyon manatlıq tikinti işləri aparılacaq

Şuşa şəhərində yaşayış binalarının tikintisi işləri davam etdirilir.

Gundelik.az xəbər verir ki, növbəti belə yaşayış binaları şəhərin D-5 massivində inşa olunacaq.

Artıq bununla bağlı Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi hazırlıqlara da başlayıb.

Burada tikintisi nəzərdə tutulan 6 ədəd 4 mərtəbəli yaşayış binasının birinci mərhələdə tikintisinə 16 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

Exit mobile version