Gundelik.az Hadisə Balakən sakinini sel aparıb
Hadisə Xəbərlər

Balakən sakinini sel aparıb

Balakəndə 43 yaşlı kişini sel aparıb.

Gundelik.az xəbər verir ki, rayonun Katex kənd sakini, 1983-cü il təvəllüdlü Aslan Ramazanoviç Rzayev və həmyerlisi Əsədov Ramil Şaban oğlu Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan suya yıxılıblar.

R.Əsədov sudan çıxaraq xilas ola bilib. Lakin A.Rzayevi sudan çıxarmaq mümkün olmayıb.

Hazırda onun axtarışları davam etdirilir.

Exit mobile version