Avqust 22, 2026
Baku
Hadisə Xəbərlər

Samuxda qidadan olduğu ehtimal edilən kütləvi zəhərlənmə qeydə alınıb

Samux rayonunda qidadan olduğu ehtimal edilən kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Gundelik.az “Report”a istinadən xəbər verir ki, rayonun Alıuşağı kəndindən 5 nəfər Gəncə Abbas Səhət adına Birləşmiş Xəstəxananın infeksion xəstəliklər şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, həmin şəxslərin ət məhsulundan zəhərləndiyi ehtimal olunur. Zərərçəkənlərin Kəlbəcər, Daşkəsən və Gəncə şəhər sakinləri olduğu bildirilir.

Zəhərləndiyi iddia edilən Seymur Əliyev (1984), Elçin Cabbarov (1986), Mehriban Orucova, (1975), Azər Allahverdiyev (1980) Məlahət Allahverdiyeva (1976) xəstəxanaya yerləşdirilib

Faktla bağlı araşdırma başlanılıb.