Gundelik.az Dünya Səudiyyə Ərəbistanının 4 şəhərində fövqəladə vəziyyət elan edildi
Dünya Xəbərlər

Səudiyyə Ərəbistanının 4 şəhərində fövqəladə vəziyyət elan edildi

Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi ölkənin cənubundakı Xamis Muşayt, Əbha, Cazan və Nəcran şəhərlərində potensial təhlükələrlə bağlı xəbərdarlıq edib.

Gundelik.az xəbər verir ki, bu barədə Mülki Müdafiə Baş İdarəsinin sosial media hesabında baş verə biləcək fövqəladə hallarla bağlı xəbərdarlıq edilib.

Bəyanatda bölgədəki vətəndaşların və sakinlərin fövqəladə hallar protokollarına riayət etmələrinin, həyatlarını və əmlaklarını qorumaq üçün hakimiyyət orqanlarının təlimatlarına və xəbərdarlıqlarına diqqətlə əməl etmələrinin vacibliyi vurğulanıb.

Təhdidin növü və təfərrüatları ilə bağlı heç bir məlumat verilməyib.

Qeyd edək ki, bölgədəki hərbi ərazilər və həyati əhəmiyyətli obyektlər bəzən Yəmən sərhədindən atılan pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərin hücumlarına məruz qalır.

Exit mobile version