Gundelik.az Xəbərlər İqtisadiyyat Rusiya qazının Ermənistana tədarükü dayandırılacaq
Dünya İqtisadiyyat Xəbərlər

Rusiya qazının Ermənistana tədarükü dayandırılacaq

“Qazprom Ermənistan” Rusiyadan qaz tədarükünün 10 günlük dayandırılacağı barədə məlumat verib.

Gundelik.az “NEWS.am”a istinadən xəbər verir ki, təbii qazın tədarükü “Şimali Qafqaz – Zaqafqaziya” magistral qaz kəmərindəki planlı təmir işləri ilə əlaqədar sentyabrın 15-dən 25-dək müvəqqəti olaraq dayandırılacaq.

Şirkətdən bildirilib ki, göstərilən dövrdə istehlakçıların fasiləsiz qaz təchizatı daxili ehtiyatlar və İrandan tədarük edilən əlavə təbii qaz həcmləri hesabına həyata keçiriləcək.

Exit mobile version