Başqırdıstanın Salavat şəhərində “Sveça” parafin istehsalı zavodunda partlayış və yanğın baş verib.
Gundelik.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.
Rusiya telekanalının məlumatına görə, binanın qismən çökməsi baş verib. İlkin məlumata görə, dağıntılar altında hələ də bir nəfərin qalması ehtimalı var.
Yanğın 50 kvadratmetr ərazini əhatə edib. Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.
“Baza” nəşri öz “Telegram” kanalında yazır ki, yanğın artıq lokallaşdırılıb.
Gundelik.az
