Yaponiyanın ümumi daxili məhsul istehsalı (ÜDM) 2025-ci ilin birinci rübündə hökumətin ilkin məlumatlarına əsasən, əvvəlki üç ayla müqayisədə 0,2% azalıb.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu, son bir ildə ilk azalmadır.
“Trading Economics”ə görə, analitiklər orta hesabla 0,1% azalma proqnozlaşdırmışdılar.
Yanvar-mart aylarında ölkə iqtisadiyyatının yarıdan çoxunu təşkil edən istehlak xərcləri dəyişməyib. Dövlət xərcləri də eyni səviyyədə qalıb.
Bu arada, biznes kapitalına investisiyalar 1,4% artıb, bu, keçən ilin ikinci rübündən bəri ən böyük artımdır.
İxrac həcmi bir ildə ilk dəfə olaraq 0,6% azalıb, idxal isə 2,9% artıb.
Birinci rübdə Yaponiyanın ÜDM-i illik əsasda 0,7% azalıb.
Oktyabr-dekabr aylarında bu göstərici əvvəllər açıqlandığı kimi 2,2% yox, 2,4% artıb.
Gundelik.az
