Gundelik.az Xəbərlər İqtisadiyyat Yaponiya iqtisadiyyatı kiçilib
İqtisadiyyat Xəbərlər

Yaponiya iqtisadiyyatı kiçilib

Yaponiyanın ümumi daxili məhsul istehsalı (ÜDM) 2025-ci ilin birinci rübündə hökumətin ilkin məlumatlarına əsasən, əvvəlki üç ayla müqayisədə 0,2% azalıb.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu, son bir ildə ilk azalmadır.

“Trading Economics”ə görə, analitiklər orta hesabla 0,1% azalma proqnozlaşdırmışdılar.

Yanvar-mart aylarında ölkə iqtisadiyyatının yarıdan çoxunu təşkil edən istehlak xərcləri dəyişməyib. Dövlət xərcləri də eyni səviyyədə qalıb.

Bu arada, biznes kapitalına investisiyalar 1,4% artıb, bu, keçən ilin ikinci rübündən bəri ən böyük artımdır.

İxrac həcmi bir ildə ilk dəfə olaraq 0,6% azalıb, idxal isə 2,9% artıb.

Birinci rübdə Yaponiyanın ÜDM-i illik əsasda 0,7% azalıb.
Oktyabr-dekabr aylarında bu göstərici əvvəllər açıqlandığı kimi 2,2% yox, 2,4% artıb.

Gundelik.az 

Exit mobile version