Gundelik.az Dünya Rusiyada yeni nəhəng qızıl yatağı aşkar edilib
Dünya Xəbərlər

Rusiyada yeni nəhəng qızıl yatağı aşkar edilib

2025-ci il ərzində “Rosgeologiya” şirkətinin mütəxəssisləri tərəfindən aparılan kəşfiyyat tədbirləri nəticəsində Rusiyada ən iri qızıl filizi yatağı olan “Fedorovsko-Kedrovskoye” kəşf edilib.

Gundelik.az xəbər verir ki, bu barədə adı çəkilən qurumun mətbuat xidməti məlumat yayıb.

Sözügedən ərazi Rusiya Federasiyasının Xakasiya Respublikası ilə Kemerovo vilayətinin hüdudlarında qərarlaşır. Yeni yatağın ümumi qızıl ehtiyatı 28 tona bərabərdir.

“Rosgeologiya”dan verilən açıqlamada qeyd olunur ki, bunun 21.7 tonu C1+C2 kateqoriyalarına (C1 – ətraflı tədqiq edilmiş, C2 – daha ümidverici, lakin az öyrənilmiş sahələr) aid edilməklə, hər ton üçün orta hesabla 1.56 qram tərkib olmaqla dövlət balansına daxil edilib.

Ekspertlərin hesablamalarına əsasən, mədən hüdudlarından kənarda qalan balansdankənar qızıl ehtiyatlarının həcmi 6.3 ton təşkil edir.

“Rosgeologiya” rəsmiləri onu da əlavə ediblər ki, hazırda yataq ərazisində fəaliyyətin təşkili üçün tələb olunan layihə sənədlərinin tərtibatı yekunlaşmaq ərəfəsindədir və bu sahələrin dəyərləndirilməsi işlərinə 2026-cı ildə start verilməsi nəzərdə tutulur.

Exit mobile version