İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Rusiya Siverski ələ keçirib: Ukrayna geri çəkilib

Ukraynanın Siversk şəhəri Rusiya qüvvələri tərəfindən ələ keçirilib. Bu hadisə Rusiya və ABŞ-nin Ukraynanın şərqindəki Donetsk bölgəsində “demilitarizasiya olunmuş” və “sərbəst iqtisadi zona” təklif etdiyi bir vaxtda baş verib.
Ukrayna hərbi rəhbərliyi bildirib ki, ağır döyüşlərdən sonra şəhəri Rusiya qüvvələrinə buraxaraq qoşunlarını geri çəkib.
Baş Qərargahın açıqlamasına görə, Rusiya qoşunları hərbi qüvvə sayına və texnikaya görə üstünlük təşkil edir və pis hava şəraitində kiçik bölmələrlə davamlı hücumlar edərək Ukrayna qüvvələrinə təzyiq göstərib.
Geri çəkilmə qərarı hərbçilərin həyatını qorumaq və bölmələrin döyüş qabiliyyətini saxlamaq məqsədilə verilib.
Ukrayna qüvvələri geri çəkilməzdən əvvəl rus qüvvələrinə ağır zərbələr endirib. Siversk hələ də Ukrayna qüvvələrinin atəş nəzarəti altındadır və düşmən bölmələrinin irəliləməsinin qarşısı alınıb.
Mənbə: Al Jazeera
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az