ABŞ Prezidenti Donald Tramp ona qarşı mənfi münasibət bəsləyən Amerika televiziya kanallarının lisenziyalarının ləğv edilməsini istəyir.
Gundelik.az xəbər verir ki, o bu barədə özünün “Truth Social” sosial şəbəkə hesabında yazıb.
“Əgər televiziya kanallarının xəbər yayımları və onların axşam şouları Prezident Donald Trampa, MAGA (“Make America Great Again” – Amerikanı Yenidən Böyük Edək) hərəkatına və Respublikaçılar Partiyasına qarşı, demək olar ki, 100% mənfi münasibətdədirsə, onların son dərəcə dəyərli yayım lisenziyaları ləğv edilməməlidir? Mən buna “hə” deyirəm!”, – paylaşımda deyilir.
Onun sözlərinə görə, CBS, ABC və NBC kimi televiziya kanallarında yayımlanan axşam şoularının aparıcılarını “istedadsızlıq, yüksək maaşlar və son dərəcə aşağı reytinqlər” birləşdirir.
