Yaxın vaxtlarda Rəşt–Astara dəmir yolu xəttinin tikintisi layihəsinin icrasına başlanılacaq.
Gundelik.az “Azad Iran”a istinadən xəbər verir ki, bunu “İran Dəmir Yolları”nın rəhbəri Cabbar Əli Zakeri bildirib.
Onun sözlərinə görə, işlər marşrut boyu bütün torpaq sahələrinin satın alınması başa çatdıqdan sonra başlayacaq.
162 kilometrlik Rəşt–Astara dəmir yolu “Şimal–Cənub” nəqliyyat dəhlizinin əsas sahələrindən biridir. Layihə İranın cənub limanlarının Cənubi Qafqaz, Rusiya və Avropanın dəmir yolu şəbəkəsi ilə birləşdirilməsini nəzərdə tutur.
Rusiya və İran 2023-cü ildə “Şimal-Cənub” layihəsi çərçivəsində Fars körfəzi limanlarına birbaşa keçidi təmin edəcək İran və Azərbaycan arasındakı 160 kilometrlik Rəşt-Astara yolu sahəsinin birgə tikintisinə dair saziş bağlayıblar. Layihənin ümumi dəyəri 1,6 milyard avro təşkil edir. Moskva və Tehran layihələndirməni, tikintini, eləcə də mal və xidmətlərin tədarükünü birgə maliyyələşdirəcəklər.

