İyun ayının sonunda Qərbi Avropada baş verən istilər zamanı 27 Avropa ölkəsində 10 mindən çox ölüm hadisəsi qeydə alınıb.
Bu barədə Gundelik.az “Reuters“ə istinadən xəbər verir.
Təkcə İngiltərə və Uelsdə may və iyun aylarında baş verən isti hava dalğası zamanı 2700 nəfər ölüb.
Məlumata görə, ölümlərin 9000-dən çoxu 65 yaşdan yuxarı insanlar olub. Qeyd edilib ki, 22-28 iyun həftəsində Fransa, İspaniya, Böyük Britaniya və bir sıra digər ölkələrdə rekord temperatur qeydə alınıb.

