Gundelik.az Ölkə Qobustan Qoruğun konsepsiyasının və layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb
Ölkə Xəbərlər

Qobustan Qoruğun konsepsiyasının və layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb

Qobustan Qoruğun konsepsiyasının və layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.

Bu barədə Gundelik.az Mədəniyyət Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, nazirlik konsepsiya və layihə-smeta sənədlərinin hazırlanmasına 287 500 manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
Qeyd edək ki, Qobustan Milli Tarix-Bədii Qoruğu Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakıdan 55 km (yol ilə 65 km) məsafədə yerləşir. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir. “Qobustan” Dövlət Tarix-Bədii Qoruğu (“Qobustan Qaya Sənəti Mədəni Landşaftı”) 2006-cı ildə “milli” status alıb. 2007-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. //İqtisadiyyat.az

Exit mobile version