Xaçmaz rayonunda Qudyalçay çayı üzərində yerləşən piyada keçid körpüsündə bərpa gücləndirmə işləri aparılacaq.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, eyni zamanda körpüdə əsaslı təmir işləri də həyata keçiriləcək.
Belə ki, artıq bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyətində müvafiq işlərə start verilib.
Qurum sözügedən işlərin icrasını “Construction and Project” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 73 466 manat ödənilib.
Gundelik.az
