İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Qarabağ və Şərqi Zəngəzurda iaşə fəaliyyəti göstərən sahibkarlıq subyektlərinin sayı açıqlanıb

Ötən il Qarabağ və Şərqi Zəngəzurda 888 sahibkarlıq subyekti iaşə fəaliyyəti göstərib.

Bu barbarədə Gundelik.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2023-cü ildəki göstəriciyə nisbətən 133 vahid və ya 17,6% çoxdur. 

Hesbaat dövründə iaşə fəaliyyəti göstərən sahibkarlıq subyektlərinin 886-sı Qarabağ, 2-si isə Şərqi Zəngəzur iqtisadi rayonlarında qeydə alınıb.

Ümumilikdə isə ötən il Azərbaycanda 25 850 sahibkarlıq subyekti iaşə fəaliyyəti göstərib. Bu isə 2023-cü ildəki göstəriciyə nisbətən 994 vahid və ya 4% artım deməkdir.

Gundelik.az