Gundelik.az Mədəniyyət və cəmiyyət Qablaşdırılmış qidalarda “qidalanma balı” dövrü
Mədəniyyət və cəmiyyət Xəbərlər

Qablaşdırılmış qidalarda “qidalanma balı” dövrü

Türkiyənin Səhiyyə Nazirliyi qablaşdırılmış qidaların etiket məlumatlarını daha asan qiymətləndirmək və istehlakçıların sağlam qida seçimlərini dəstəkləmək məqsədilə “Qidalanma balı” tətbiqini istifadəyə verib.

Tətbiq vasitəsilə istehlakçılar qablaşdırılmış məhsulların etiketində göstərilən qida dəyərlərini sistemə daxil edərək məhsulun qidalanma baxımından keyfiyyətini müəyyən edən bal əldə edirlər.

Sistemdə məhsulun 100 qram və ya 100 millilitr üzrə yağ, zülal və digər qida komponentləri, həmçinin nişasta əsaslı şəkər və ya dadlandırıcı tərkibinin olub-olmaması nəzərə alınır. Müsbət və mənfi qida göstəriciləri birlikdə qiymətləndirilərək məhsul “əla”dan “qeyri-kafi”yə qədər 5 kateqoriyadan birinə daxil edilir.

Məqsəd sağlam qidalanma məlumatlılığını artırmaqdır

Mütəxəssislər qida etiketlərinin düzgün oxunmasının sağlam seçimlər baxımından vacib olduğunu bildirirlər. İstehlakçılara məhsulun tərkibinə, porsiya ölçüsünə, son istifadə tarixinə və saxlanma şəraitinə diqqət yetirmək tövsiyə olunur.

“Qidalanma balı” tətbiqinin məqsədi müxtəlif qida komponentlərini ayrı-ayrılıqda qiymətləndirmək əvəzinə, məhsulun ümumi qidalanma xüsusiyyətini daha asan anlamağa kömək etmək və sağlam qida seçimi ilə bağlı məlumatlılığı artırmaqdır.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version