Boyunda başlayaraq çiyin və qola yayılan ağrı, xüsusilə uzun müddət masa arxasında işləyən, telefon və kompüterdən çox istifadə edən insanlarda tez-tez görülür. Lakin bu ağrı hər zaman sadə əzələ gərginliyi ilə bağlı olmur. Boyun nahiyəsində sinirlərin sıxılması ağrının çiyin, qol və hətta barmaqlara qədər yayılmasına səbəb olur.
Sinir sıxılması zamanı ağrı ilə yanaşı keyimə, iynələnmə, yanma, elektrik cərəyanı vurmasına bənzər hiss və əzələlərdə zəiflik də yaranır. Şikayətlərin harada başladığı və hansı nahiyələrə yayıldığı problemin mənbəyini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir.
Uzun müddət eyni vəziyyətdə qalmaq, boynu yükləyən hərəkətlər və onurğada yaranan bəzi dəyişikliklər sinirlərə təzyiq göstərir. Bununla yanaşı, qol və əl ağrısının səbəbi yalnız boyundakı sinir sıxılması olmaya bilər. Məsələn, biləkdə sinirin sıxılması nəticəsində karpal tunel sindromu da yarana bilər.
Boyundan qola yayılan ağrı uzun müddət davam edirsə, güclənirsə və keyimə və ya əzələ zəifliyi ilə müşayiət olunursa, həkimə müraciət etmək vacibdir. Ani və ciddi güc itkisi, geniş yayılmış keyimə, yerimə və ya tarazlıq problemi yaranarsa, gecikmədən tibbi yardım alınmalıdır.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

