Yaponiyada aparılan araşdırmada təkcə təzə dəmlənmiş qəhvə qoxusunu iyləməyin əhval-ruhiyyə və beyin fəaliyyətinə təsiri araşdırılıb. “Nutrients” jurnalında yayımlanan tədqiqata 20-29 yaş arasında 20 universitet tələbəsi qatılıb.
İştirakçıların təxminən 50 santimetr uzağına 20 qram üyüdülmüş qəhvədən 400 millilitr isti su ilə hazırlanmış içki qoyulub. Beş dəqiqəlik qoxu təsirindən sonra iştirakçıların yorğunluq, gərginlik, narahatlıq, çaşqınlıq və depressiya göstəricilərində əhəmiyyətli azalma müşahidə edilib.
Beyin fəaliyyətində isə rahatlama göstəricisinin yüksəldiyi, alfa, beta və teta dalğalarının nisbətində dəyişiklik olduğu müəyyənləşib. Bununla yanaşı, enerji və canlılıq hissində nəzərəçarpacaq artım, ürək döyüntüsü və ürək ritminin dəyişkənliyində isə əhəmiyyətli fərq qeydə alınmayıb.
Tədqiqatçılar hesab edirlər ki, qəhvə qoxusu səhər rutini, istirahət fasiləsi və dostlarla söhbət kimi müsbət xatirələri və gözləntiləri canlandırır.
Lakin araşdırmada nəzarət qrupunun olmaması və iştirakçıların qəhvə içmə vərdişlərinin ətraflı öyrənilməməsi nəticələrin hələlik ilkin sübut kimi qiymətləndirilməsini tələb edir. Beş dəqiqəlik sakit istirahətin də əhvaldakı yaxşılaşmaya təsir göstərməsi mümkündür.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
