Gundelik.az Dünya Putin və Trampın Krımda görüşü müzakirə oluna bilər
Dünya Siyasət Xəbərlər

Putin və Trampın Krımda görüşü müzakirə oluna bilər

Krım parlamentinin sədri Vladimir Konstantinov Krımın Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında mümkün görüş üçün simvolik məkan ola biləcəyini bildirib.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Onun sözlərinə görə, yarımada ilə bağlı danışıqların aparılması, əslində, ABŞ tərəfindən Krımın Rusiya ərazisi kimi tanınması anlamına gələr. Lakin siyasətçi qeyd edib ki, hazırda Krımda iki liderin görüşünün keçirilməsi ilə bağlı danışıqlar aparılmır.

Xatırladaq ki, sentyabrın 10-da Donald Tramp yaxın günlərdə Vladimir Putinlə telefon danışığı aparacağını açıqlayıb. Trampın sözlərinə görə, bu söhbət bu həftə və ya gələn həftənin əvvəlində baş tuta bilər.

Kremlin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, hələlik iki prezident arasında telefon danışığı ilə bağlı razılıq əldə olunmayıb.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ tərəfi Trampın Rusiyanın iqtisadi təcridi barədə fikirlərini açıqlamışdı.

Gundelik.az 

Exit mobile version