Rusiya Prezidenti Vladimir Putin bu gün, oktyabrın 15-də Kremldə Suriya Ərəb Respublikasının Prezidenti Əhməd əl-Şara ilə görüşəcək.
Gundelik.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Suriya liderinin Rusiyaya işgüzar səfəri çərçivəsində keçiriləcək görüşdə siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq.
Tərəflərin, həmçinin Yaxın Şərqdə baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparacağı gözlənilir.
Gundelik.az
