Xankəndi — Azərbaycan Respublikasında şəhər. 1991-ci il dekabrın 26- da Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal ediləndən sonra yaradılan qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı idi. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir. Paytaxt Bakıdan 329 km uzaqlıqda yerləşir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xankəndi şəhəri Rusiya sülhməramlılarının nəzarətinə keçmiş, sülhməramlı qüvvələrinin mərkəzi qərargahı burada yerləşdirilmişdir. Sentyabr ayı 398 antiterror əməliyyatlarından 29 sentyabr 2023-cü ildə Azərbaycan polisləri şəhərə nəzarəti bərpa etmişdir. 15 oktyabr 2023-cü ildə Azərbaycan prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırmışdır.
Gundelik.az
