İyul 8, 2026
Baku
Siyasət Xəbərlər

Putin Prezident İlham Əliyevə zəng edib

Oktyabrın 24-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan və Rusiya prezidentləri Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində oktyabrın 9-da keçirdikləri görüşün davamı olaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.

Gundelik.az