İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Prezident Rəcəb Tayyib Ərdoğandan yol hərəkəti qaydalarına riayət edilməsi çağırışı

Prezident Rəcəb Tayyib Ərdoğan Ramazan Bayramı zamanı yola çıxacaq vətəndaşlara diqqətli olmaları ilə bağlı çağırış edib. O, sosial şəbəkədə paylaşım edərək yol hərəkəti qaydalarına əməl olunmasının vacibliyini vurğulayıb:

“Ramazan Bayramı zamanı yollara çıxacaq bütün vətəndaşlarımızdan yol hərəkəti qaydalarına maksimum dərəcədə riayət etmələrini, bayram sevincimizə kölgə salacaq səhvlərə qarşı diqqətli olmalarını xahiş edirəm.

Səfərə çıxan bütün qardaşlarıma xoş və təhlükəsiz yol arzulayıram.”

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az