İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İranda məktəbə hücumdan sağ qalan qız: “Məktəbim dağıldı, hamı kömək deyə qışqırırdı”

İranda məktəb qətliamından yaralı xilas olan qız şagird hücumu belə izah edib:

ABŞ və İsrailin İranın cənubunda, Hörmüzgan əyalətinin Minab şəhərində yerləşən ibtidai məktəbə həyata keçirdiyi hücumdan yaralı xilas olan qız şagird yaşadığı qorxulu anları bu sözlərlə təsvir edib: “Məktəbim tamamilə dağıldı. Yuxu gördüyümü düşünürdüm. Hamı ‘kömək, kömək’ deyə qışqırırdı.”

İran Qızıl Aypara Cəmiyyəti Minab şəhərindəki bir ibtidai məktəbə edilən hücumdan yaralı xilas olan bir qız uşağının görüntülərini yayıb.

Yayımlanan görüntülərdə xəstəxana otağında müalicə aldığı görünən kiçik qız, hücum anını belə xatırlayıb: “Məktəbim tamamilə dağıldı. Yuxu gördüyümü zənn edirdim. Hamı kömək deyə qışqırırdı.”

Kiçik qız yaşadıqlarını belə davam etdirib:

“Hamısı ölmüşdü, yalnız bir nəfər sağ idi. Məktəbim tamamilə dağıldı. Yuxu gördüyümü düşünürdüm. Hamı ‘kömək’ deyə qışqırırdı. Biri mənə ‘qorxma, tənəffüs zili çalır’ dedi. O an zəlzələ oldu. İkinci bomba düşdü. Məktəb xarabalığa çevrildi. Üstümə daşlar töküldü. Altı cəsəd gördüm. Nə əlləri, nə başları, nə də ayaqları vardı. Allah qisasımızı alacaq.”

Hadisə:

ABŞ və İsrailin 28 fevralda İrana başladığı hücumlar zamanı ölkənin cənubunda, Hörmüzgan əyalətinin Minab şəhərində yerləşən Şecerətü’t-Tayyibə Qız İbtidai Məktəbi bombalanmışdı. Hücumda əksəriyyəti uşaq olmaqla 185 nəfər həyatını itirmişdi.

İran bu hücumu “bağışlanmaz müharibə cinayəti” kimi qiymətləndirib, ABŞ Prezidenti Donald Tramp isə hücuma görə məsuliyyəti İrana yönəltməyə dair açıqlamalar vermişdi.

ABŞ mediasında yayılan xəbərlərə görə, davam edən hərbi araşdırmanın ilkin nəticələri hücumun ABŞ ordusu tərəfindən həyata keçirildiyini göstərir.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az