İyul 8, 2026
Baku
Dünya Hadisə Xəbərlər

Pakistanda güclü zəlzələ oldu

Pakistanın nəzarətində olan Kəşmirdə 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Gundelik.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 700 min nəfərin yaşadığı Battagram şəhərindən 268 km şimal-şərqdə, ocağı isə 31 km dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib.