“Azərbaycanda orta məktəblərdə daimi və rəqabətli müəllim modelinə keçid planlaşdırılır”.
Gundelik.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, kifayət qədər yüksək maaşı olan və daimi ştatda olan müəllimlər müəyyən ediləcək.
Nazir bildirib ki, onlar sertifikasiyada yüksək bal toplamış müəllimlər arasından seçiləcək.
Gundelik.az

