Gundelik.az Hadisə Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb
Hadisə Xəbərlər

Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb

Oktyabrın 12-də paytaxtın Yasamal rayonunda yerləşən orta məktəblərin birində yanğın törətməyə cəhd göstərilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Gundelik.az-a verilən xəbərə görə, polis tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Məhəmməd İsmayılov, eləcə də həmin məktəbin 10 və 11-ci sinif şagirdi olan daha 5 nəfər saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Exit mobile version