ABŞ-nin Nyu-York şəhərində Fələstinə dəstək nümayişi keçirən qrupla İsrail tərəfdarları arasında toqquşma baş verib.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, Nyu-Yorkda Fələstinə dəstək nümayişi keçirən bir qrup insan İsrailin ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin çıxış edəcəyi sinaqoq qarşısında toplaşıb.
Nümayiş zamanı Fələstin və İsrail tərəfdarları arasında toqquşma qaçılmaz olub.
Hadisə yerinə Nyu-Yorkun polis əməkdaşları cəlb edilib. Saxlanılanlar var.
İğtişaşlar səbəbindən israilli nazir Ben-Qvirin çıxışı da ləğv edilib.
Gundelik.az

