Gundelik.az Ölkə FHN 800 min manatlıq avtomobillər alır
Ölkə Xəbərlər

FHN 800 min manatlıq avtomobillər alır

Azərbaycan Respublikası Fövqəladə Hallar Naxirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsi yeni xidməti minik avtomobilləri alır.

Gundelik.az-ın əldə etdiyi məlumata görə, 13 ədəd xidməti minik avtomobillərinin alınması nəzərdə tutulur.

Belə ki, qurum artıq bununla bağlı müvafiq işlərə başlayıb.

Nazirlik hazırda avtomobilləri sifariş edəcək şirkət axtarışındadır.

Eyni zamanda nazirlik sözügedən nəqliyyat vasitələrinin alınmasının 827 439 manata başa gələcəyini ehtimal edir.

Gundelik.az

Exit mobile version