Gundelik.az Xəbərlər Nobel Komitəsi Sülh Mükafatı laureatını son anda dəyişə bilər
Xəbərlər

Nobel Komitəsi Sülh Mükafatı laureatını son anda dəyişə bilər

Norveç Nobel Komitəsi Sülh Mükafatı üzrə qalibin adını son anda dəyişə bilər.

Gundelik.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti yazıb.

“Komitə son dəqiqəyə qədər qərarını dəyişə bilər. Lakin praktikada bu, olduqca çətindir”, – nəşr yazır.

ABŞ Prezidenti Donald Trampın Sülh Mükafatını qazanmaqla bağlı iddiaları artdığı bir vaxtda bukmeker kontorları onun qalib gəlmək ehtimalını 3% olaraq qiymətləndirib. Bloomberg isə xəbər verir ki, əgər Tramp Nobel Sülh Mükafatına layiq görülməsə, Norveç iqtisadi və diplomatik nəticələrlə üzləşə bilər.

Qalibin adı oktyabrın 10-da açıqlanacaq. Ağ Evə qayıtdıqdan sonra Donald Tramp dəfələrlə bu mükafatı qazanmaq arzusunu dilə gətirib və özünü sülhməramlı kimi təqdim etməyə çalışıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezident Administrasiyasının rəhbəri Yuri Uşakov da ölkəsinin Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləməyə hazır olduğunu bəyan edib.

Gundelik.az

Exit mobile version