İyul 8, 2026
Baku
Dünya Xəbərlər

“Netflix” 12 ildə sonra ilk böyük dəyişikliyini edir

Dünyanın ən böyük rəqəmsal yayım platformalarından biri olan “Netflix” 12 ildən sonra ana səhifəsinin dizaynında hərtərəfli yeniliklər edəcək.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, şirkət həmçinin süni intellektlə işləyən axtarışı və “TikTok”a bənzər şaquli video funksiyasını sınaqdan keçirməyə hazırlaşır.

Şirkətdən verilən açıqlama görə, yeni dizaynın önümüzdəki həftə və aylarda mərhələli şəkildə həyata keçiriləcəyi ifadə edilib.

Məlumata görə, yeni dizaynda əsas menyu səhifənin sol tərəfindən mərkəzə köçürülüb. Məzmun təsvirləri sadələşəcək, tövsiyələr isə istifadəçinin baxış saatları və baxış davranışı əsasında dərhal fərdiləşdiriləcək.

“Netflix” həmçinin mobil istifadəçilər üçün süni intellektlə işləyən axtarış sistemi və “TikTok” üslublu şaquli video axını üzərində işlədiyini açıqlayıb.

Şirkət bu xüsusiyyətlərin hazırda kiçik miqyaslı sınaqlar kimi planlaşdırıldığını, lakin onları qlobal miqyasda sınaqdan keçirməyin daha geniş bir transformasiya əlaməti ola biləcəyini söyləyib.

Yeni axtarış sistemində istifadəçilər “Mən zövqlü və əyləncəli bir şey izləmək istəyirəm” kimi təbii dilli cümlələrlə məzmun axtara biləcəklər. Bu funksiya istəyə bağlı olaraq mobil cihazlarda əlçatan olacaq.

Yeni ana səhifəsində təkcə seriallar və filmlər deyil, həm də “Netflix”in son vaxtlar diqqət mərkəzində olduğu canlı hadisələr və oyunlar daha çox görünəcək.

Menyu seçimləri bu tip məzmunla xüsusilə maraqlanan istifadəçilər üçün uyğunlaşdırılacaq.

“Netflix”in Baş Məhsul direktoru Yunis Kim və Baş Texnologiya direktoru Elizabet Stoun dəyişiklikləri şirkətin ilk virtual “Məhsul və Texnologiya” təqdimat tədbirində elan ediblər.

Kim bir ildən artıqdır ki, ana səhifə yeniliyi üzərində çalışdıqlarını və istifadəçi təcrübəsinin qısa müddətdə tamamilə dəyişəcəyini bildirib.

Gundelik.az